Azərbaycanda daha 54 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
54 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata
görə, son sutkada ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 217 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 756
nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv
xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 1249, hazırkı dövrədək isə 7 548 451
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir