Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
48 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 265 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 818 791 nəfər müalicə olunaraq
sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 321
nəfərdir.

Ölkədə son sutka ərzində 912, hazırkı dövrədək isə 7 549 363
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir