AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti martin 20 və 21-də Novruz
bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt
təklif edir.

Trend xəbər verir ki, təklif 28 mart – 20 aprel 2023-cü il
tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil
edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər
əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa,
Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo”
hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq,
Astana və Almatı.

Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu
vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda
və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək
mümkündür.

“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı
münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq
anlarla dolu səyahətlər arzulayır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir