Cəlilabadda minik avtomobili yol kənarında dirəyə çırpılıb, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində
yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici
köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ”
markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər
avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər
müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti
üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir