Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb

Bakı. Trend:

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və
Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində
qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən
növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla
istismar etdikləri kömür quyuları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindin Gəncə regional qrupundan Trend-ə
verilən məlumata görə, qanunsuz kömür istehsal edənlərin rayonun
Astaf kənd sakinləri Elşən Həsənov və Məhəmməd Orucov olduqları
müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər
barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür
quyuları ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir