
DYP sürücülərə müraciət edib
Bakı. Trend:
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi xalqa müraciət edib.
Trend xəbər verir ki, müraciətdə deyilir:
“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə Sizi təbrik edir,
hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət, bayram
ovqatlı sevinc arzu edirik!
Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib
təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi
tövsiyələrimizi unutmamağınızı xahiş edirik.
Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda
diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola
çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara
isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən
keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhval ruhiyyədə
keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!”.