Ekvadorda zəlzələ nəticəsində 13 nəfər həyatını itirib
Bakı. Trend:
Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 13-ə
çatıb.
Trend-in
məlumatına görə, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış
binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.
Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilir.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin
episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km
cənub-qərbdə yerləşib.