Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb

Bakı. Trend:

Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 bal gücündə zəlzələ
nəticəsində azı 12 nəfər ölüb.

Trend-in
məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti
bildirib.

“Hazırda 12 nəfərin ölməsi (11 nəfər El Oro əyalətində və bir
nəfərə Asuay əyalətində) barədə məlumat verilib. Yaralılar var,
onlara xəstəxanalarda yardım göstərilir”, – deyə mətbuat xidmətinin
“Twitter” səhifəsində qeyd olunub.

Qeyd edək ki, təbii fəlakətin episentri Naranhal şəhərindən 17
km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 85 km dərinlikdə
olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir