Ermənistan hələ də öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb – XİN

Bakı. Trend:

Ermənistan hələ də öz silahlı qüvvələrini suveren Azərbaycan
ərazilərindən tam olaraq çıxarmayıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər
Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair
şərhində bildirilib.

“Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz
silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq
çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq,
Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir
sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda
davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında
təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış
məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və
Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir”, – deyə
A.Hacızadə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir