Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir – XİN

Bakı. Trend:

Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz
uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli,
indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş
yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və
onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın
sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış
məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər
Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair
şərhində bildirilib.

Qeyd edilib ki, beləliklə, Ermənistanın “etnik uyğunsuzluq”
konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət
titulu”ndan əl çəkərək dinc birgəyaşayışı, multikulturalizmi
seçməsiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının
üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaq ola
bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir