Ermənistanı regionda yaranmış reallığı dərk etməyə, revanşist siyasətdən çəkinməyə çağırırıq – XİN

Bakı. Trend:

Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını
həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən
müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar
addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə
çağırırıq.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər
Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair
şərhində bildirilib.

A.Hacızadə, həmçinin qeyd edib: “Beynəlxalq hüquqa və BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan
ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın
azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə
Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə
dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına
qayıdışının üçtərəfli Bəyanatın “pozuntusu” və “qanunsuz
məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq
təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət
xislətini nümayiş etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir