Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini
1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə
xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Astara rayon prokurorluğundan Trend-ə bildirilib ki, ilkin
araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin
həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici
alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı
şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,
120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi
başlanıb.

Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb olunub.

İbtidai istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir