
Laçın-Xankəndi yolunda etiraz aksiyası 98 gündür davam edir (FOTO)
Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
zonada keçirdiyi etiraz aksiyası artıq 98 gündür ki, davam
edir.
Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, havanın
soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları etirazlarını davam
etdirirlər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko
fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu
yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin
əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun
gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün
lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında
ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın
istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının
yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının
qarşısının alınmasıdır.