Lionel Messi aprelin əvvəlində “Əl-Hilal” ilə danışıqlar aparacaq

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubunun argentinalı
hücumçusu Lionel Messi və onun əhatəsi aprelin əvvəlində Səudiyyə
Ərəbistanının “Əl-Hilal” klubu ilə görüş keçirəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalist Rudi Qaletti öz
“Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına əsasən, görüşün məqsədi L.Messinin Səudiyyə
klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.

Eyni zamanda, mediada L.Messi üçün prioritetin 2020-ci ilin
yayında tərk etdiyi “Barselona”ya qayıtması ilə bağlı məlumatlar
yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir