Makronun reytinqi 30 faizdən aşağı düşdü

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun pensiya islahatı ətrafında
baş verən hadisələrə fonunda populyarlıq reytinqi 30 faizdən aşağı
düşüb.

Trend xəbər verir ki, bu barədə Fransanın “Le Journal du
dimanche” qəzetinin sifarişi ilə “IFOP” İctimai Rəy İnstitutunun
keçirdiyi sorğuda deyilir.

Bildirilir ki, prezident və baş nazirin parlamentin aşağı
palatasında konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməklə
səsvermə keçirilmədən pensiya yaşının 62-dən 64-ə dəyişdirilməsi
ilə bağlı islahatı qəbul etmək qərarı onların populyarlığının
azalmasına səbəb olub.

Sorğunun nəticələrinə görə, fransızların 70 faizindən çoxu
E.Makrondan narazıdır. O bir ay ərzində 4 faiz itirib və hazırda
onun apardığı siyasətdən razı olan cəmi 28 faiz respondent
olub.

İndi o, baş nazir Elizabeth Borndan reytinqdə geri qalır.
E.Bornu əhalinin 29 faizi dəstəkləyir.

Xatırladaq ki, Fransada bir neçə müddətdir pensiya islahatına
qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılar və
polislər arasında toqquşmalar da müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir