Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 50 faizi keçib

Bakı. Trend:

19 mart 2023-cü il yerli vaxtla saat 16:10 üçün Qazaxıstanda
keçirilən parlament seçkilərində siyahılara daxil edilmiş
vətəndaşların ümumi sayının 51,98 faizi seçki bülletenləri
alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki
Komissiyasına istinadən “Kazinform” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli
nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində
yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat
20:00-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir