Qazaxıstanda parlament seçkilərində seçici fəallığı artır – 46,84%

Bakı. Trend:

19 mart 2023-cü il yerli vaxtla saat 14:00 üçün Qazaxıstanda
keçirilən parlament seçkilərində siyahılara daxil edilmiş
vətəndaşların ümumi sayının 46,84 faizi seçki bülletenləri
alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki
Komissiyasına istinadən “Kazinform” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli
nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində
yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat
20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna
başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir