
Qazaxıstanlılar Azərbaycanda səfirlikdə təşkil edilən seçki məntəqəsində fəal şəkildə səs verirlər (FOTO)
Bakı. Trend:
Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyində açılan 262 saylı
seçki məntəqəsi yerli vaxtla saat 07:00-dan etibarən Qazaxıstan
vətəndaşlarını qəbul edir.
Trend səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,
seçki prosesi yaxşı səviyyədə təşkil olunub, seçicilərin vətəndaş
mövqeyinin ifadəsi üçün hər cür şərait yaradılıb.
Seçki məntəqəsinin işinə MDB Parlament Assambleyasından olan
müşahidəçilər nəzarət edir.
Konsulluq idarəsindən verilən məlumata görə, seçkilərdə
Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan
vətəndaşı iştirak edir.
Ümumiyyətlə, Qazaxıstan vətəndaşları tərəfindən siyasi aktivlik
və maraq var.
Məntəqədə səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.