Sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu olub

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər
arasında Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst
güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion
olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü
komandası adına sahib çıxıb.

Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız
140 xalla birinci yerdə qərarlaşıb. Millimiz medalların əyarına
görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125)
isə üçüncü yeri tutub.

Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan
Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65
kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal
qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir