Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Martın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı,
duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 %
olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir