Sabunçuda 30 yaşlı kişini qətlə yetirən şəxslər saxlanılıb

Bakı. Trend:

Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü
il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı
fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Sabunçu rayon prokurorluğundan Trend-ə bildirilib ki, keçirilmiş
istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin
zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın
təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il
təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar
Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən
edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir