
Salyanda minik avtomobili yanıb
Bakı. Trend:
Salyan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan rayonunda
(Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyi) “Chevrolet”
markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən
yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.