
Şimali Koreya növbəti ballistik raket atıb
Bakı. Trend:
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin
buraxılışını həyata keçirib.
Trend-in
məlumatına görə, bu barədə Cənub Koreyanın “Yonhap” agentliyi
mənbələrə istinadən bildirib.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri
qısa mənzilli ballistik raketin Tonçxanni poliqonu ərazisindən
buraxıldığını bildirib.
Yaponiya mətbuatının məlumatına görə, raket Yaponiyanın müstəsna
iqtisadi zonasından kənara düşüb.