Sülhməramlılara aid 21 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin
maneəsiz keçidi davam edir. Səhər saatlarından indiyədək 21 maşının
maneəsiz keçidinə şərait yaradılıb.

Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər
verir.

Xankəndi istiqamətindən gələn RSK-nə məxsus 19 təminat-təhvizat,
2 minik avtomobili, ümumilikdə 21 maşından ibarət karvan Laçın
istiqamətinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə
humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir
maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 98 gündür davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir