
Sülhməramlılara aid nəqliyyat vasitələri Laçın yolundan maneəsiz keçib (FOTO)
Bakı. Trend:
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK)
məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya
məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Səhər
saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 48 avtomobil aksiya
keçirilən yoldan maneəsiz keçid edib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə
humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir
maneə yoxdur.
Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 98 gündür davam edir.