Tərtər rayonunun Talış kəndi (FOTO)

Bakı. Trend:

Mətbuat nümayəndələrinin işğaldan azad edilən Tərtər rayonunun
Talış kəndinə səfəri təşkil edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva ötən gün 44 günlük Vətən
müharibəsi zamanı hərbi əməliyyatlar nəticəsində işğaldan azad
edilmiş Tərtər rayonunun Talış və Suqovuşan qəsəbəsində olublar.
Onlar qəsəbəyə yeni köçürülən 20 ailə üçün yaradılan şəraitlə tanış
olublar. Bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak
ediblər.

Trend-in əməkdaşı bu gün Prezidentin izi ilə Talış kəndində
olub.

Mətbuat nümayəndələri Talışda aparılan əsaslı bərpa və
yenidənqurma işləri ilə tanış olublar. Kənddə 20 ailənin rahat
yaşaya biləcəyi, müasir tipli fərdi yaşayış evləri tikilib
sahiblərinə təfhil verilib ki, onların hər birinin ümumi tikinti
sahəsi 2,620.69 m2, ümumi sahəsi 25, 282.50 m2 olan həyətyanı sahə
və ümumi sahəsi 1,200.00 olan 20 tövlə bərpa edilib yenidən
qurulub, hər bir ev üçün ümumi sahəsi 54 m² olan fərdi təsərrüfat
anbarları inşa edilərək sahiblərinin ixtiyarına verilib. Bunla
paralel hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri
yerinə yetirilmişdir (Dekorativ ağaclar, kollar, güllər əkilmiş,
hər bir evin həyətində fərdi əkin sahələri yaradılıb).

Kənddə 78 şagird yerlik məktəb binası fəaliyyət göstərəcək.
Ikimərtəbəli və mansarlı məktəb binasının tikinti sahəsi 837.80 m2
–dir Təhsil ocağının bütün kommunikasiya sistemləri yenidənqurulub
və bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə
sistemləri ilə təchiz edilib. Zirzəmi mərtəbəsi texniki mərtəbə
kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb
otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə
(mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili
hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz
edilmişdir.Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol
meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman
meydançası qurulub.

Bundan başqa 11 uşaq yerlik uşaq bağçasının tikinti sahəsi
413.30 m2-dir. Baxğada bütün kommunikasiya sistemləri
yenidənqurulmuş və bina yanğın siqnalizasiya sistemi, rabitə
sistemi, videomüşahidə sistemi, fövqalədə hal xəbərverici
sistemləri ilə təchiz edilmişdir. Zirzəmi mərtəbəsi texniki mərtəbə
kimi nəzərdə tutulmuşdur. Binanın daxili hissəsi lazımi bütün
texniki xidmət avadanlıqları ilə təchiz edilmişdir. Həyətyanı
ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal
konstruksiyalı söhbətgah inşa edilmişdir.

Ikimərtəbəli inzibati bina, Klub-icma mərkəzinin isə ümumi
tikinti sahəsi 589.30 m2-dir.

Ümumi tikinti sahəsi 89.30 m2 olan Qazanxanayahər birinin gücü
350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi
texniki avadanlıqlar quraşdırılıb. Iaşə obyektləri və baş plan üzrə
yollar və kommunikasiya xətləri çəkilib. Belə ki, kənddaxili
yolların ümumi uzunluğu 4.0 km-dir. Onun, 800 metr olan hissəsinin
(mərkəzi yol) yol örtüyü təbii daşlardan qurulub. Daxili yolların
digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol
və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq
zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ
ağaclar və kollar əkilib.
Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək yenidən
qurulub. Kəndə yeni qaz xətti çəkilib, yeraltı su çənləri və
nasosxana quraşdırılıb.

Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad
olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin
həkk olunduğu xatirə daşı yerləşdirilib. 4 oktyabr 2021-ci il
tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı tərəfindən Tərtər rayonunun Talış kəndində Bayraq
Meydanında Azərbaycan bayrağı ucaldılıb. Kənddə aparılan
təmir-bərpa işlərinin 1-ci fazası çərçivəsində Bayraq Meydanında
abadlıq işləri aparılıb.

Talış kəndinin yüksək nöqtələrindən birində əhalinin asudə
vaxtlarını rahat keçirəcəkləri istirahət güşəsi və seyr meydanı
tikilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir