Tokayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə keçirilən
parlament seçkilərində səs verib.

Trend xəbər xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin
mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli
nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində
yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat
20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna
başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir