
Türkiyə təxminən 40 milyard kubmetr qaz ixrac edəcək – Fatih Dönməz
Bakı. Trend:
Türkiyə öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40
milyard kubmetr qaz tədarük edəcək.
Trend xəbər verir ki, bunu Türkiyənin energetika və təbii
sərvətlər naziri Fatih Dönməz deyib.
“İndi bizim öz Qara dəniz qazımız var. Biz ildə təxminən 55-60
milyard kubmetr qaz istehlak edə bilirik. Biz qovşağın daxilində
qaz kəməri sisteminə 100 milyard kubmetr qazın verilməsini təmin
edə bilərik və yaxşı planlaşdırsaq, 40 milyard kubmetr qaz ixrac
edəcəyik”, – deyə nazir bildirib.