
Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Bakı. Trend:
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan
xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir ki, səfir bu barədə özünün “Twitter”
səhifəsində paylaşım edib.
“Yazın qışa, xeyirin şərə, işığın qaranlığa qalib gəlməsinin
rəmzi olan Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik
edirik! <…>. Novruz bayramınız mübarək!”, – deyə səfir
bildirib.