Bayram günlərində bəzi rayonlarda gözlənilən hava proqnozu açıqlanıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidməti bayram günlərində bəzi rayonlarda
gözlənilən hava proqnozunu açıqlayıb.

Xidmətdən Trend-ə verilən xəbərə görə, Qəbələ rayonunun bəzi
yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si axşam tədricən
kəsiləcəyi, martın 23-24-də əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə olacaq. Havanın
temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı
proqnozlaşdırılır.

Şahdağda (Qusar) havanın arabir yağıntılı olacağı, mart ayının
20-si gündüz, 21-i axşam, 22-si gecə və səhər arabir qara keçəcəyi
gözlənilir. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq.
Havanın temperaturunun gecə 2-4°, gündüz 0-2° şaxta olacağı ehtimal
edilir.

Lənkəran rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı,
martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın
əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti
5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 7-9°, gündüz
13-16° isti olacağı bildirilir.

İsmayıllı rayonunda martın 20-si gündüzdən 22-si gündüzədək
fasilələrlə yağış yağacağı gözlənilir. Martın 23-24-də hava əsasən
yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək, sürəti
saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz
13-15° isti olacağı ehtimalı var.

Şəki rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı,
martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın
əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında
duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq.
Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir