İçərişəhərdə təntənəli bayram tonqalı qalandı (FOTO)

Bakı. Trend:

Bu gün İçərişəhər ərazisində bayram tonqalının qalanması ilə
“Bayram Qalası”na start verildi.

Trend xəbər verir ki, İçərişəhər sakinləri, İçərişəhər
Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici
turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası
davam edib.

Tədbir axşam saatlarına qədər konsert proqramı ilə müşayiət
olunub.

“Bayram Qalası” günləri 26 mart tarixinə qədər müəyyən saatlarda
uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları ilə
davam edəcək.

Tədbirlərin proqramı Qoruq İdarəsinin rəsmi sosial şəbəkə
hesablarında gündəlik olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir