
Parisdə polislər pensiya islahatına qarşı aksiyanı dağıdıb (VİDEO)
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə polis əməkdaşları hökumətin pensiya
islahatına qarşı etiraz aksiyasını dağıdıblar.
Trend xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı
mənbəyə istinadən “BFM” telekanalı məlumat yayıb.
Nümayişçilərlə polislər arasında ilk toqquşmaların başlamasından
bir saat sonra polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan,
həmçinin su şırnaqlı avtomobildən istifadə edib.