Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayıb

Bakı. Trend:

Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası
53,46% səs toplayıb.

Trend xəbər verir ki, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən
6-sı parlamentə daxil olacaq.

Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”)
Demokratik Partiyası – 7,87%, “Aul” (“Kənd”) partiyası – 10,52%,
sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs
toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial
Demokrat” Partiyası 5,31% səslə parlamentə daxil ola bilər.
Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22% səs toplayaraq tələb
olunan 5%-lik baryeri keçə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir