Əliyar Ağayevin 2 vərəqə göstərdiyi matçda – İngiltərə qalib gəldi

19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.

Turnirdə iştirak edən azərbaycanlı hakim Əliyar Ağayev son turda növbəti oyununu idarə edib.

FIFA referimiz B qrupunda baş tutan İngiltərə – Xorvatiya matçında ədaləti qoruyub. Qarşılaşma İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyar Ağayev bu matçda Xorvatiyanın iki futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.