Rusiyanın SU-24 təyyarəsinin vurulması təkrar araşdırılacaq….
Rusiyaya məxsus “SU-24” döyüş təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
“Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq”, – deyə nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus “SU-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.
Apa