Bir kitab-min sevinc” layihəsinə start verir

Bu gündən etibarən “Learn.info.az” təlim-tədris informasiya portalı- “Bir kitab-min sevinc” layihəsinə start verir. Layihə çərçivəsində şəhid və aztəminatlı ailələr üçün pulsuz təhsil kursları təşkil ediləcək, eyni zamanda kitab satışından əldə olunan gəlirlərin tamamı Bakıda yerləşən körpələr evinə bağışlanacaq. Uzun zamandır sözügedən layihə üzərində çalışdığını vurğulayan saytın direktoru Tural Aşırlı nəhayət ki bu ideyanı həyata keçirmək qərarına gəlib: “Müəllif hüquqları mənə məxsus olan, “İnformatika Dərs vəsaitləri” və “Test Bankı” kitablarının satışından əldə etdiyim bütün gəliri körpələr evinə bağışlayacağam. Bu yolda ciddi müvəfəqqiyyətlərə nail olmağım üçün də ictimaiyyətin dəstəyinə ehtiyacım var. Dostluğumda olan bütün media nümayəndələri, tələbələrim və sosial şəbəkələrdə aktiv olan digər dost- tanışlarımdan bu ideanı ictimailəşdirmək üçün mənə dəstək olmalarını xahiş edirəm. Əziz dostlar, lahiyyənin adı “Bir Kitab-Min Sevinc”dir. Gəlin, əl- ələ verib, bu layihəni inkişaf etdirək və oxumaq arzusunda olan aztəminatlı ailələrin övladlarına, o cümlədən körpələr evinin kimsəsiz sakinlərinə sevinc bəxş edək. Hər birinizin təklif və iradları mənim üçün çox vacibdir”.
Tural Aşırlının sözlərinə görə, bu layihə ilə paralel olaraq rəhbərlik etdiyi “Learn.info.az”da şəhid və aztəminatlı ailələr, eləcə də onların övladları üçün ödənişsiz təhsil kursları keçiriləcək: “Gördüm ki, əksər tədris mərkəzlərində Respublika qaliblərinə mükafatlar verilir. Mən də kurs adından belə bir yardım layihəsi təşkil etmək qərarına gəldim və imkanlarım daxilində bir mükafat hazırladım. Belə ki, artıq şəhid və imkansız ailələrə tərəfimizdən ödənişsiz təhsil veriləcək. Dərslər sentyabr ayından başlayacaq. Bu yolda dəstək olub yanımda duracaq hər kəsə,öncədən təşəkkür edirəm”.
Qeyd edək ki, sözegedən xeyriyyə layihəsinin icrasında “Learn.info.az” təlim-tədris informasiya portalı-nın əsas informasiya dəstəkçiləri US (UNLİMİTED SCİENCE)Tədris Mərkəzi , Azərbaycan Universitetləri portalı, Şagird.az, Vetenim.info portalıdır.